Ajans.az xəbər verir ki, bu barədəFövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki, ümumi sahəsi 60 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yüksək temperaturdan bitişik, ümumi sahəsi 240 m² olan ikimərtəbəli 4 otaqlı evin 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Köməkçi tikilinin qalan hissəsi və ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.