Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda tarixi uğura imza atıb.
90deqiqe.Az-ın məlumatına görə, milimiz ilk dəfə turnirin finalına vəsiqə qazanıb.
Yarımfinalda yığmamız İspaniya ilə qarşılaşıb və rəqibini 17:12 hesabı ilə məğlub edərək həlledici oyuna adlayıb.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Fransa (21:16) və Ukrayna (21:14) üzərində inamlı qələbələr qazanıb, 1/4 finalda isə Polşanı (16:13) üstələyib.