AZ

Azərbaycan millisi tarixində ilk dəfə finala yüksəlib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda tarixi uğura imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, milimiz ilk dəfə turnirin finalına vəsiqə qazanıb.

Yarımfinalda yığmamız İspaniya ilə qarşılaşıb və rəqibini 17:12 hesabı ilə məğlub edərək həlledici oyuna adlayıb.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Fransa (21:16) və Ukrayna (21:14) üzərində inamlı qələbələr qazanıb, 1/4 finalda isə Polşanı (16:13) üstələyib.

Seçilən
39
30
90deqiqe.az

10Mənbələr