İtaliyanın voleybolçu qadınlardan ibarət milli komandası dünya çempionu olub.
Sherg.az xəbər verir ki, Taylandda təşkil edilən çempionatın finalında onlar Türkiyə millisi ilə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmada italyanlar Türkiyə millisi üzərində 3:2 hesabı ilə qələbə qazanıb və dünyanın ən güclüsü ünvanına yiyələniblər.