RU

Boksçularımız qələbə qazandı - DÇ

Liverpulda kişi və qadınlar arasında keçirilən dünya boks çempionatı davam edir.

"Football-plus az" xəbər verir ki, yarış ilk dəfə World Boxing tərəfindən təşkil olunur.

İdmançılarımız bugünkü çıxışlarına uğurla başlayıblar. Nəcəf Quliyev (55 kq) 1/16 finalda kubalı Rolando Martinez Peresi 4:1 hesabı ilə məğlub edib. Murad Allahverdiyev (80 kq) isə alban boksçusu Amar Koçini 4:1 nəticəsi ilə üstələyib.

Qeyd edək ki, turnirdə ölkəmizi təmsil edən 11 boksçudan beşi çıxışlarını artıq başa vurub.

Избранный
79
2
football-plus.az

3Источники