Macarıstanın Baş naziri Viktor Orban AB tezliklə dağılacağını proqnozlaşdırıb.
Axar.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
O, 2028-2035-ci illər üçün yeddi illik ümumi büdcənin Brüssel üçün sonuncu olacağını bildirib:
"Avropa Birliyi indi parçalanma vəziyyətinə düşüb. Belə davam edərsə və ehtimal çox yüksək olarsa, AB nəcib bir təcrübənin üzücü nəticəsi kimi tarixə düşəcək".