RU

Xaçmazda avtomobilin vurduğu piyada ölüb

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

News365.az xəbər verir ki, hadisə Xaçmaz-Quba avtomobil yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, rayon sakini, 1976-cı il təvəllüdlü Süleymanov Sahib Məcid oğlunu "Toyota Corolla" markalı avtomobil vurub. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
49
10
news365.az

10Источники