RU

Zelenski: İşğalçını dayandırmağın bir yolu var

BAKI, 8 sentyabr. TELEQRAF

"ABŞ və Avropa müharibəni dayandırmaq üçün Rusiyaya daha çox təzyiq göstərməlidir . Amma bəzi müttəfiqlər hələ də Rusiya iqtisadiyyatına kömək edir".

Teleqraf xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski "ABC News"a müsahibəsində bildirib .

"Mən bütün tərəfdaşlara çox minnətdaram. Lakin onların bəziləri Rusiya neftini və qazını almaqda davam edir. Bu isə ədalətli deyil... Ona görə də biz Rusiyadan hər hansı enerji almağa son verməliyik", - Zelenski bildirib.

Zelenski əlavə edib ki,Vladimir Putinə əlavə təzyiq göstərilməlidir.

"Bu, işğalçını dayandırmağın yalnız bir yoludur. Biz onu öz silahından məhrum etməliyik. Onun silahı enerjidir", - Ukrayna prezidenti vurğulayıb.

Избранный
190
2
teleqraf.com

3Источники