BAKI, 8 sentyabr. TELEQRAF
Böyük Britaniyanın Pembri kəndində çimərliyə gələn bir şəxs sahildə nəhəng dəniz məxluqu aşkar edib.
Teleqraf xəbər verir ki, bunun balina cəsədi olduğu güman edilir.
Məxluqun sahilə çıxma səbəbi hələlik sirr olaraq qalır. Dəniz bioloqlarının sözlərinə görə, səbəblər xəstəliklərdən və qidalanma çatışmazlığından tutmuş okeanın plastiklə çirklənməsinə qədər dəyişə bilər. Cəsədin mənşəyini müəyyən etmək üçün ekspertizanın keçiriləcəyi bildirilir.