Bakı. Trend:
Bazar günü Çinin cənubundakı Hainan ada əyalətininsəlahiyyətliləri ilin 16-cı tayfunu olan Tapanın yaxınlaşması iləəlaqədar Səviyyə 4 fövqəladə reaksiya mexanizmini işə salıblar.
Trend bu barədəHainan Əyalət Meteorologiya Xidmətinə istinadən xəbər verir.
Tapa tayfunu bazar günü saat 07:00-da Cənubi Çin dənizində,Çinin cənubundakı Quandun əyalətinin Maominq şəhəri, Dyanbayrayonundan 445 km cənub-şərqdə tüğyan edib. Tayfunun episentriyaxınlığında küləyin maksimal sürəti 9 bala (saniyədə 23 m)çatıb.
Sinoptiklər bildiriblər ki, Tapa şimal-qərbə 10-15 km/saatsürətlə hərəkət etməyə davam edəcək. Tayfun bazar ertəsi səhər vəgünorta saatları arasında Quandun əyalətinin Çzuhay və Çzançzanbölgələrinə təsir göstərəcək.
Bazar günü günortadan sonra tayfun Çzunjou boğazı və Beybuvankörfəzində 5-dən 7-8 gücündə şərq küləkləri yaradıb. Hainanadasının şərqindəki sularda küləyin gücü 7-11 bala, Xişa və Çjunşaadalarının sularında isə 6-10 bala qədər yüksələcək.
Qeyd edək ki, Çində fövqəladə hallara cavab üçün dörd pilləlisistem mövcuddur və birinci səviyyə ən ciddidir.