RU

Arvadının burnunu sındıran kişi ilə bağlı qərar çıxarıldı

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Binnət Əkbərlinin (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama aktına görə, hadisə 25 mart 2023-cü il tarixdə, saat 13 radələrində paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Təqsirləndirilən Binnət Əkbərli yaşadığı ünvanda arvadı, zərərçəkmiş Zəranə Əkbərli (adı, soyadı şərtidir) ilə ailə məişət zəminində mübahisə edib. Bu zaman o, qəsdən yumruqla qadın burun nahiyəsinə zərbə vurub. Nəticədə burun sümüyündə cərrah müdaxiləsi tələb edən yerini dəyişən qapalı sınıq yaranıb. Xəsarətlər həyati təhlükə daşımayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər kimi qiymətləndirilib.


Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Binnət Əkbərli 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib.


Kamal Məmmədov 


Tarix: 8 Sentyabr 2025, 08:03   
Избранный
81
pravda.az

1Источники