RU

VII Dünya Köçəri Oyunları Bişkekdə keçiriləcək

Yazını böyüt
Yazını kiçilt

Türklərin ata-baba idman növlərini nümayiş etdirən VII Dünya Köçəri Oyunlarının açılış və bağlanış mərasimləri 2026-cı ilin payızında Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək.

Hafta.az-ın yazdığına görə, Dünya Köçəri Oyunları Katibliyinin rəhbəri Nursultan Adenov bütün nazirliklərin nümayəndələrindən ibarət təşkilat komitəsinin 2026-cı ilin sentyabrında başlayacaq tədbirə artıq hazırlıqların getdiyini açıqlayıb.

Oyunlar üçün 100 ölkəyə dəvət göndərilib. Açılış və bağlanış mərasimlərinin 51 min tamaşaçı tutumuna malik “Bişkek Arena” stadionunda keçiriləcəyi açıqlanıb.

Adenov əlavə edib ki, açılış mərasimindən sonra bütün idman və mədəniyyət tədbirləri lazımi infrastrukturun artıq mövcud olduğu İssık-Kul bölgəsində davam etdiriləcək. Köçəri həyat tərzi ilə formalaşmış Qırğızıstanın mədəni irsi SSRİ dövründə yox olmaq təhlükəsi ilə üz-üzə qalıb. 1991-ci ildə müstəqillik əldə edən Qırğızıstan köçəri mədəniyyətini qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək üçün çoxsaylı təşəbbüslər həyata keçirib.

Mədəni irsin qorunub saxlanması,yeni nəsilllərin maarifləndirilməsi məqsədilə təşkil edilən Dünya Köçəri Oyunları uzun bir prosesdən sonra həyata keçirilib. Qırğızıstanın müxtəlif icmalarından ənənəvi oyun həvəskarları və mədəniyyət daşıyıcıları əlaqələr qurdular və 2007-ci ildə paytaxt Bişkekdə ilk böyük toplantılarını keçirdilər. Qırğızıstan mədəniyyətinin üzləşdiyi problemlərlə razılaşan praktikantlar, ilk dəfə Qırğızıstanın Çotala şəhərində Türküstan bölgəsinin ənənəvi idman və oyunlarından ibarət Ümumdünya Köçəri Oyunlarını keçirdilər.

Dünya Köçəri Oyunları 2016-2018-ci illərdə Qırğızıstanda, 2022-ci ildə Türkiyədə və 2024-cü ildə Qazaxıstanda keçirilib.

Избранный
110
hafta.az

1Источники