RU

Zaur İbrahimli: "İsrafçılıq təkcə ailələrin maddi vəziyyətinə deyil, ictimai münasibətlərə də zərbə vurur"

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli açıqlamasında bildirib ki, israfçılıq yalnız ailələrin büdcəsinə əlavə yük yaratmaqla kifayətlənmir, həm də cəmiyyətin milli-mənəvi dəyərlərinə mənfi təsir göstərir.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, artıq israfçılıq ənənəvi sadəlik, təmkin və mənəviyyata söykənən ictimai münasibətlərin pozulmasına səbəb olur:

“İsrafçılıq təkcə ailələrin maddi vəziyyətinə zərbə vurmur, həm də sadəlik, təmkin və mənəvi dəyərlərə əsaslanan ictimai münasibətlərin pozulmasına gətirib çıxarır.”

Zaur İbrahimli vurğulayıb ki, bu problemin aradan qaldırılması üçün həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti vacibdir. O qeyd edib ki, genişmiqyaslı maarifləndirmə, ictimai qınağın gücləndirilməsi və normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə israfçılığın qarşısını almaq mümkündür.

 

Pərvanə Fərhadqızı

Избранный
61
qht.az

1Источники