RU

Consun üzərindən ittiham götürüldü

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

Ağır çəkidə sabiq UFC çempionu Con Consun üzərindən qəza yerini tərk etməklə bağlı ittiham götürülüb. Bununla bağlı idmançının vəkili Kristofer Dodd məlumat verib:

“Tam bəraət aldıq. Lap əvvəldən izah edirdik ki, qadın maşını sərxoş vəziyyətdə idarə etdiyinə görə həbsdən qurtulmaq üçün Conun ünvanına saxta ittiham irəli sürür. Təəssüf ki, polis bütün faktları lazımi şəkildə götür-qoy etmədən onun ərizəsini qəbul etmişdi. Polis idarəsi müvafiq sənədləri açıqlayandan, Conun telefon danışıqları üzə çıxandan sonra aydın oldu ki, o, qəza yerində olmayıb. Bu işi detallarına qədər araşdırdığına, ədalətli yanaşmaya görə dairə prokurorluğuna minnətdarıq. Son nəticəsə Conun günahsızlığı sübuta yetirildi”.

Xatırladaq ki, iyunda amerikalı idmançının yol-nəqliyyat hadisəsi törətdiyi və sərxoşluq vəziyyətində olan qadını yarıçılpaq vəziyyətdə maşında qoyaraq qəza yerindən qaçdığı ilə bağlı xəbər xəbər yayılmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
74
1
icma.az

2Источники