RU

İsrail və YPG təşvişdə: Türkiyə Suriyada görün hansı planı işə saldı

Türkiyə Suriya rəhbərliyi ilə əldə olunan razılaşma çərçivəsində suriyalı əsgərlərə hərbi təlim keçməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələri məlumat verib.

Bildirilib ki, təlimlərə komando və piyada hazırlığı daxildir. Gələcəkdə Suriyada hərbi və gizir məktəblərinin açılması da planlaşdırılır. Qeyd olunub ki, Suriya rəhbərliyi istədiyi halda kəşfiyyat, PUA və artilleriya dəstəyi də veriləcək. Təlim keçən suriyalı əsgərlər daha sonra Türkiyə Silahlı Qüvvələri tərəfindən öz ölkələrində də öyrədiləcək.

İsrailin hücumları, həmçinin druz qrupları və SDQ-nin gərginliyi artırmaq cəhdləri fonunda belə bir dəstəyin göstərilməsi isə xüsusi diqqət çəkir.

Избранный
38
7
publika.az

9Источники