TBİLİSİ, 8 sentyabr. TELEQRAF
Gürcüstanda külli miqdarda saxta pulun dəyişdirilməsi faktına görə iki nəfər Azərbaycan vətəndaşı saxlanılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən edilib ki, 1966 və 1993-cü il təvəllüdlü şəxslər “Qırmızı körpü” gömrük-keçid məntəqəsi yaxınlığındakı valyutadəyişmə məntəqəsində 7 ədəd saxta 500 avroluq əskinası dəyişiblər.
Saxta əskinaslar maddi sübut kimi müsadirə edilib.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Azərbaycan vətəndaşlarını 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.