RU

Azərbaycanda ət bahalaşıb: "Rusiyadan ət gəlmir, bazarda qıtlıqdır"

Azərbaycanda ətin qiyməti bahalaşıb.

BBC Azərbaycancaya danışan alıcılar təxminən 2-3 həftə əvvəl dana ətini 14-15 manata aldıqlarını bildiriblər.

Onların sözlərinə görə, hazırda dana əti 2 manat bahalaşıb və bir kiloqramı 16-17 manata satılır.

Qoyun və quzu ətinin qiyməti isə 19-21 manat arasında dəyişir. Bir ay əvvəl isə qoyun əti 17 manatdan satılırdı.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Videoya YouTube kanalımızda baxın.

Hətta bəzi rayonlarda artımın daha çox olduğu deyilir.

Şirvan şəhərində ət dükanı işlədən mağaza sahiblərindən biri BBC-yə deyib ki, hazırda rayonda dana əti 17 manat 50 qəpik, qoyun-quzu əti isə 20-22 manata satılır.

Naxçıvan şəhərində də iri və xırda buynuzlu heyvan ətinin qiymətinin bu civarda olduğu deyilir.

Qəssablar qiymətin bahalaşmasını bazarda heyvan qıtlığı ilə əlaqələndirirlər.

Onlardan bəziləri sonradan polisin onları incidəcəklərindən ehtiyat etdiklərini deyərək BBC-yə anonim danışıblar.

Ət işi ilə məşğul olan lakin adının açıqlanmasını istəməyən Bakıdakı sahibkarlardan biri BBC Azərbaycancaya deyib ki, əvvəllər Bərdə, Ağcabədi rayonlarında yerləşən ölkənin iri heyvan bazarlarına Rusiyadan çox sayda mal-qara gətirilirdi.

"Biz həmin bazarlara gedib, alıb gətirib, Bakıda dükanlarımızda satırdıq. Son 3-4 aydır eşitdiyimizə görə, Rusiyadan daha ət gəlmir. Ona görə də bazarda qıtlıq var. Qiymət də ona görə qalxıb. Deyirlər, Rusiya ilə problem olduğuna görə, indi mal-qara gətirmək çox çətinləşib" – sahibkar qeyd edib.

Bərdə rayonunda ət dükanı işlədən Tərlan adlı digər sahibkar da, BBC-yə açıqlamasında bazarda qıtlığın olduğunu deyib.

Onun fikrincə, hələ havalar isti keçdiyi üçün qiymət elə də çox artmayıb.

"Havalar soyuyanda ət daha da bahalaşacaq", - Tərlan deyib.

Избранный
66
bbc.com

1Источники