Oxu.az saytına istinadən ain.az xəbər verir.
Norveç millisinin və "Mançester Siti"nin futbolçusu Erlinq Holandın başına bədbəxt hadisə gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Holand DÇ-2026-nın seçmə mərhələsinin Moldova ilə matçı ərəfəsində Oslodakı bir hoteldə komandanın avtobusundan düşərkən xəsarət alıb. Futbolçular avtobusdan çıxıb hotelə gedərkən qapı Erlinqin üzünə dəyib.
25 yaşlı hücumçu sosial şəbəkə hesablarında öz fotosunu paylaşıb və üzünə 3 tikiş qoyulduğunu bildirib.
Xatırladaq ki, Norveç millisi ilə Moldova arasındakı matç sabah keçiriləcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.