RU

İlin ilk 7 ayında 3,9 milyon dollarlıq çay ixrac edilib

Bu ilin yanvar-iyul ayları ərzində ölkədən 3,9 milyon ABŞ dolları dəyərində 430,8 ton çay ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 8,8 faiz və ya 316,9 min dollar, həcmi isə 7,9 faiz və ya 31,5 ton artıb.

Qeyd edək ki, cari ilin ilk yeddi ayında çayın ümumi ixracda xüsusi çəkisi 0,03 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,19 faizə bərabər olub.

Избранный
32
vergiler.az

1Источники