RU

Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəstdir - AÇIQLAMA

Bakı. Trend:

Ümumi təhsil müəssisələrində tətbiq edilən vahid məktəbligeyimlərinin əldə edilməsinin asanlaşdırılması və valideynlər üçünəlçatanlığın təmin edilməsi məqsədilə Bakı şəhəri üzrə 29 satışməntəqəsi fəaliyyət göstərir.

Trend bubarədə Bakı şəhəri üzrə Təhsil idarəsinə istinadən xəbər verir.

Bildirilib ki, vətəndaşlar onlara ən yaxın istənilən satışməntəqəsinə müraciət edə bilərlər.

Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildəhəyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satışməntəqəsinə yönləndirilməsi yolverilməzdir.

Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və yamüraciətləri olduğu halda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 146-1Çağrı Mərkəzi vasitəsilə anonim olmadan məlumat verə bilərlər.

Qeyd edək ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsininPedaqoji Şurası tərəfindən 4 növ geyim formasından birinin tətbiqiilə bağlı müvafiq qərar qəbul edib. Valideynlər İdarənin ÇağrıMərkəzi, eləcə də övladlarının təhsil aldığı məktəbdən bu barədəətraflı məlumat əldə edə bilərlər.

Valideynlər aşağıda qeyd edilən keçid vasitəsilə Bakı şəhəriüzrə məktəbli formalarının satış məntəqələri ilə tanış olabilərlər.

Избранный
50
24
az.trend.az

10Источники