Aktyor Azər Aydəmir imicində dəyişiklik edib.
Musavat.com xəbər verir ki, sənətçi hazırda çəkilişləri davam edən “Qırmızı zona” serialı üçün saçlarını kəsdirib.
Bununla bağlı sənətçi sosial şəbəkə hesablarında məlumat yayıb:
““Qırmızı zona”nın çəkilişləri tam sürəti ilə davam edir... Çox yaxınlarda sizi qapalı zonanın "kriminal" dünyası ilə tanış edəcəyik”.
Qeyd edək ki, “Qırmızı zona” çox yaxında ATV-də yayımlanmağa başlayacaq. 12 bölümlük çoxseriyalı bədii film tamaşaçıları gərgin hadisələrin mərkəzinə aparacaq. İnsan taleləri, gözlənilməz seçimlər və sirli reallıqların açıldığı bu ekran işi sizi ekrana bağlayacaq.
Könül
Musavat.com