RU

Tramp - Cinpin görüşü: Dünyanı silkələyəcək sammit, Azərbaycanın gizli kartı

ABŞ Prezidenti Donald Trampla Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında uzun müddətdir gündəmdə olan və beynəlxalq siyasi dairələrdə böyük maraq doğuran görüş nəhayət ki, formalaşmaq üzrədir. Bu sammitin həm qlobal iqtisadi münasibətlər, həm də geosiyasi balans baxımından mühüm nəticələr verəcəyi gözlənilir. Çünki iki supergüc arasındakı münasibətlər təkcə onların özlərinə deyil, dünyanın bütün bölgələrinə təsir göstərir.

Bəs ABŞ və Çin liderlərinin görüşündən hansı gözləntilər var?

Musavat.com bildirir ki, siyasi şərhçi Aqşin Kərimovun fikrincə, iki supergüc liderlərinin görüşü yaranmış qlobal fürsətlərin dəyərləndirilməsi, risklərin hərbi eskalasiya səviyyəsinə çatmaması üçün əməkdaşlıq çərçivələrini müəyyən edəcək. Həmçinin Əməkdaşlıq və sövdələşmələrin kənarında qalan sahələr isə ABŞ-Çin rəqabətinin strateji tərəflərini yenidən şəkilləndirəcək:

"Yəni razılıqların xaricində, ABŞ ilə Çin bir-birinə əhəmiyyətli strateji zərər vurmaq qabiliyyətlərini prioritetləşdirməyə davam edəcəklər.
ABŞ ehtimalla Rusiya əleyhinə rəqabət oxunu Çini proseslərə qoşmaqla dizayn etməyə çalışacaq.

Çin isə bunun müqabilində ABŞ-ın Tayvandan əlini çəkməsi üçün mövqelərini təkrarlayacaq. Çin qarşıdakı illərdə ABŞ-ın strateji cəhətdən ən müdafiəsiz vəziyyətə düşə biləcəyini ehtimal edir. Bu, Tayvana kritik müdaxilə anını formalaşdıran təsəvvürləri Çinin nəzərində gücləndirir.

Ona görə də, Rusiyanın Ukraynaya təzyiqini gücləndirməsi, bununla Moskvanın ABŞ-ı yorması Çinə sərfəlidir".

Aqşin Kərimov qeyd edir ki, Vaşinqton da öz növbəsində Pekinə təzyiq göstərməyə çalışır ki, ki, Ukrayna və Rusiya arasındakı “nizamlayıcı” xüsusiyyətlərini Ağ Evin çərçivələrində açıq bəyan etsin.

"Çinin Ukraynaya qarşı Rusiyaya silah tədarükü barədə məlumatlar bu məsələni Ağ Evin narahatlıqları baxımından daha da aydınlaşdırır".

Bəs ABŞ Tayvanı güzəştə gedəcəkmi?

Siyasi şərhçi suala bu cür cavab verib:

"Donald Tramp administrasiyası Si Cinpinlə sammit ərəfəsində Tayvanla əlaqədar dil və siyasətində dəyişiklik etməyə çalışır. Ağ Evin ABŞ-Tayvan müdafiə görüşünü ləğv etmək barədə qərarı bu cəhətdən Çinə jest kimi şərh edilə bilər. Çin bundan sonra gümanla Vaşinqtondan daha bir gözləntisini ifadə edəcək".

Aqşin Kərimov həmçinin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizini bütün tərəflərə sərf edən layihə kimi qiymətləndirməsi ABŞ ilə Çinin regiondakı maraqlarının dairəsi baxımından məna kəsb edir:

"Yəni Azərbaycan ABŞ ilə Çinin Cənubi Qafqaz rəqabətinə strateji nizam-intizam gətirən baxışı ifadə etməklə onları əməkdaşlığa səsləyir.

Bu, Zəngəzur dəhlizinə nisbətdə ABŞ və Çin münasibətlərindəki əməkdaşlığın gələcəyinə işarə edir. İlham Əliyevin Tayvana münasibətdə Çini müdafiə edərkən yalnız Azərbaycanın maraqlarına əsaslanması və bunu ABŞ-nin strateji çərçivələrinə qarşı etməməsi də diqqət çəkir.

Bu, ABŞ-ın və Çinin Zəngəzur dəhlizindəki əməkdaşlıq imkanlarını Azərbaycanın yanaşmaları ilə nəzərdən keçirməsini şərtləndirir. Üstəlik, Azərbaycan Çinin Tayvana mümkün müdaxiləsindən sonra Cənubi Qafqazda başlana biləcək prosesləri idarə etmək üçün mexanizmləri Zəngəzur dəhlizi vasitəsilə işə salır".

Xalidə Gəray
Musavat.com

Избранный
21
musavat.com

1Источники