RU

U-21 millimizi Bolqarıstanla oyuna bu məşqçi çıxaracaq

Yazını böyüt
Yazını kiçilt

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasını Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə oyuna köməkçi məşqçi Elnur Çodarov çıxaracaq.

Hafta.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Sentyabrın 9-da “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, U-21 yığmasının çalışdırıcısı Ayxan Abbasov həmin gün Azərbaycanın əsas millisini DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə matça çıxaracaq.

Избранный
35
4
hafta.az

7Источники