RU

Yamal Türkiyədə pasportunu itirdi

İspaniya millisinin vingeri Lamin Yamal 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 2-ci turunda Türkiyəyə qarşı səfər matçından sonra pasportunu itirib.

Publika.az xəbər verir ki, görüş ötən gün Konya şəhərində keçirilib. "Beyaz Futbol"un məlumatına görə, oyundan sonra futbolçu sənədini uzun müddət çantasında axtarıb, daha sonra paltardəyişmə otağına qayıdaraq orada da yoxlayıb. Lakin stadionu pasportunu tapmadan tərk edib.

Matç “Qırmızı furya”nın 6:0 hesablı qələbəsi ilə başa çatıb. Yamal meydanda 73 dəqiqə olub və iki qol ötürməsi ilə yadda qalıb.

Избранный
9
19
publika.az

10Источники