RU

“Bakı Su Həftəsi” keçiriləcək

Sentyabrın 10–12-də Bakı Ekspo Mərkəzində II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - “Baku Water Week” (Bakı Su Həftəsi) keçiriləcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) məlumatına görə, sərgidə su təsərrüfatı sahəsində ən son texnologiyalar, innovativ mexanizmlər, müasir dünya təcrübəsi nümayiş olunacaq. Sərgi dövlət qurumlarını, beynəlxalq şirkətləri, ekspertləri və peşəkar ziyarətçiləri bir araya toplayacaq.

Sərgidə Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, İsrail, İsveçrə, Hindistan, Macarıstan, Türkiyə, Serbiya, Səudiyyə Ərəbistanı və Sinqapuru təmsil edən 60-dan çox şirkət və nümayəndə heyətləri iştirak edəcək.

Tədbirin ilk günü təqdimat zonasında müxtəlif təqdimatlar və sessiyalar keçiriləcək.

“Baku Water Week 2025”in 2-ci günündə 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransı baş tutacaq. Konfransda 10-a yaxın ölkədən 40 məruzəçi çıxış edəcək.
Həmçinin dövlət və özəl sektoru təmsil edən qurum və şirkətlər arasında anlaşma memorandumları da imzalanacaq.

12 sentyabrda isə 6-cı Xəzər Su İnnovasiya Forumu təşkil olunacaq. Foruma ADSEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi kimi dövlət qurumları ilə yanaşı, 10-dan çox ölkəni təmsil edən beynəlxalq şirkətlər və ölkənin aparıcı elm və təhsil müəssisələrinin nümayəndələri qatılacaq.

“Baku Water Week” haqqında ətraflı məlumatla bakuwaterweek.az rəsmi internet səhifəsindən tanış olmaq olar.

Избранный
46
1
vergiler.az

2Источники