RU

Brüssel küçələrində hərbi patrulun tətbiqinə başlanılıb

Bakı. Trend:

Belçikanın paytaxtı Brüsseldə şəhərdə silahlı insidentlərinmüntəzəm hal alması ilə əlaqədar, xüsusilə də narkotacirlərə qarşımübarizənin gücləndirilməsi fonunda küçələrdə hərbi patrultətbiqinə başlanılıb.

Trend-in xəbərinəgörə, bu barədə ölkənin təhlükəsizlik və daxili işlər naziri BernarKventin bəyanat verib.

“Hərbçilər və polislərdən ibarət birgə patrul ilk növbədəBrüsselin mərkəzində tətbiq olunacaq. Həmin ərazilərdə narkotiktrafiki daha yüksəkdir”, - deyə nazirliyin bəyanatında deyilir.

Onun bu bəyanatına ölkənin müdafiə naziri Teo Franken qüvvətverib.

“Bizim paytaxt Brüssel – təhlükəsizlik nöqteyi nəzərindən birfaciədir. Biz şəhər üzərində nəzarəti yenidən öz üzərimizəgötürməliyik”, - deyə o "X" səhifəsində yazıb.

DİN narkotik və silah alverinin geniş yayıldığı şəhərin ənproblemli məhəllələrində yeni videokameraların quraşdırılması üçün20 milyon avro ayıracağını da vəd edib.

Məqalədə:
Избранный
29
az.trend.az

1Источники