RU

Növbəti köç karvanı Vəngli kəndinə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ağdərə rayonuna yola salınan növbəti köç karvanı Vəngli kəndinə çatıb, mənzillərin açarları təqdim edilib...

"Report"un Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir ki, Vəngli kəndinə köçürülən ailələr ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, AğdərəXocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Bu mərhələdə Vəngli kəndinə 29 ailə (105 nəfər) köçürülüb.

***

Növbəti köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb.

APA-nın xəbərinə görə, bu mərhələdə Vəngli köndinə 29 ailə (105 nəfər) köçürülüb.

***

Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə 29 ailə (105 nəfər) Vəngli köndinə köçürülür.

Bu mərhələdə köçürülən ailələr Bakı, Kürdəmir, Ağdam, Yevlax, İmişli, Ağsu, Şamaxı, Goranboy, Qax, Bərdə, Mingəçevirdə əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu köç də nəzərə alınmaqla, Ağdərə rayonunun Vəngli kəndinə cəmi 51 ailə (188 nəfər) köçürülüb.

Poliqon.info

 

Избранный
29
8
poliqon.info

10Источники