RU

Səfir: Çin və Azərbaycan iqtisadiyyatları bir-birini tamamlayır

BAKI, 8 sentyabr. TELEQRAF

Çin və Azərbaycan iqtisadiyyatları bir-birini tamamlayır.

Teleqraf xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bu gün keçirilən mətbuat konfrasında bildirib.

Diplomat vurğulayıb ki, iki ölkə sənaye və investisiya sahəsində əməkdaşlıq üçün böyük imkanlara malikdir.

“Azərbaycanın statistikasına görə, bu ilin ilk yeddi ayında Çinlə ticarət dövriyyəsi 2,45 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26% çoxdur”.

O qeyd edib ki, Çin Azərbaycanın dördüncü böyük ticarət tərəfdaşı və əsas idxal mənbəyidir.

“Bu gün Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev yüksək səviyyəli nümayəndə heyətinə rəhbərlik edərək Çinə səfər edəcək. O, 25-ci Çin Beynəlxalq Ticarət və İnvestisiya Yarmarkasında iştirak edəcək. Səfərin məqsədi Azərbaycan ilə Çin arasında ticarət, iqtisadi və investisiya əməkdaşlığını daha da gücləndirməkdir”.

Избранный
13
teleqraf.com

1Источники