RU

“Azərpoçt” adından vətəndaşlara saxta mesajlar göndərilir (FOTO)

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyətgöstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) müşahidələrinəəsasən, son günlər kiberdələduzlar "Azərpoçt" MMC-nin adı vəloqosundan sui-istifadə edərək vətəndaşlara qarşı məqsədlifırıldaqçılıq kampaniyası həyata keçirirlər.

ETX-dən Trend-ə verilən məlumata görə, fırıldaqçılar SMS, zəngvə ya saxta e-poçtlar vasitəsilə vətəndaşlara müəyyən məbləğdəvəsaitin ödənilməsi barədə yalan məlumatlar təqdim edirlər.

Bildirilib ki, bu məqsədlə onları şübhəli və saxta keçidlərəyönləndirirlər. Sözügedən keçidlərdə sifarişin guya "ödəməgözlənilir", "nağd pul gəlir", "nağd pul qorunur" və "çatdırılmatəsdiqlənir" kimi uydurma statusları göstərilir. Daha sonraistifadəçiyə "Ödənişi almaq" düyməsi təqdim olunur. Düyməyə klikedildikdə istifadəçidən kart nömrəsi, kartın son istifadə tarixi,CVV/CVC kodu, eyni zamanda mobil nömrə tələb edilir. Məlumatlardaxil edildikdən sonra ya vətəndaşın bank hesabından birbaşa vəsaitçıxılır, ya da bank mobil tətbiqinə giriş əldə edilərək hesab tamnəzarətə götürülür.

Məlumat üçün bildiririk ki, bu tip mesajlar adətən xaricinömrələrdən göndərilir. Saxta mesajların tərkibindəki məzmun əksərhallarda düzgün tərtib edilmir, sözlərin bir-biri ilə məntiqiəlaqəsi olmur. Vətəndaşlar onlara mesajda təqdim olunan keçidin“URL”nin doğruluğunu da mütləq yoxlamalıdırlar.

Elektron Təhlükəsizlik Xidməti və “Azərpoçt” MMC vətəndaşlarıtanımadıqları mənbədən göndərilən mesajların tərkibindəki keçidlərədaxil olmamağa, bank kartı və digər fərdi məlumatlarını şübhəlikeçidlər vasitəsilə qarşı tərəfə ötürməməyə çağırır. Eyni zamanda,göndərilmiş bildirişlərin doğruluğunu rəsmi mənbələrdən -“Azərpoçt”un 169 - Çağrı Mərkəzi və ETX-nin qaynar xətti - “1654”,eləcə də hər iki qurumun rəsmi sosial media hesablarına müraciətedərək bildirməyi tövsiyə edir.

“Azərpoçt”
Избранный
7
35
az.trend.az

10Источники