RU

Bu çuxurlara görə sürücülər yolda qalır VİDEO

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Bakı yollarında yaranan çuxurlara görə nəqliyyat vasitələrinə ciddi zərər dəyir.

Milli.Az bildirir ki, bununla bağlı daha bir görüntülər sosial şəbəkələrdə yayılıb. Motosiklet sürücüsünün iddiasına görə magistral yoldakı çuxur bir neçə maşına zərər vurub, onlar yolda qalıblar.

Bakıda yoldakı vəziyyət sürücünü maddi ziyana saldı - yenilənib - VİDEO - FOTO

Yolda çuxura düşən avtomobilə dəymiş zərəri kim ödəməlidir?

Qeyd edək ki, "Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin 5-ci bəndinə əsasən yolların hərəkət təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı səhhətinə, eləcə də nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada tələb etmək yol hərəkəti sahəsində fiziki şəxslərin hüquq və vəzifələri sırasındadır.

Hüquqşünasların fikrincə avtomobilə yol çuxuruna görə dəyən zərərə görə məsuliyyət yolun balansında olduğu qurumun üzərinə düşür. Yolun hansı quruma məxsus olduğu müəyyənləşdirildikdən sonra sürücü rəsmi şəkildə müraciət edə və dəymiş zərərin ödənilməsini tələb edə bilər.

İsmayıl

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
65
2
news.milli.az

3Источники