Macarıstan və Ukrayna xarici işlər nazirlərinin görüşü keçiriləcək.
APA xəbər verir ki, bu barədə Macarıstan XİN rəhbəri Piter Siyarto özünün “X” hesabında məlumat verib.
“Biz Macarıstan-Ukrayna əlaqələrini müzakirə etmək üçün ilə bu həftə Andrey Sibiqa ilə Budapeştdə görüşəcəyik. Biz dialoqa inanırıq və danışıqlar üçün hazırıq. Amma top Ukraynadadır: Yalnız Zakarpatiyada yaşayan macarların tapdalanan hüquqlarının bərpa edilməsindən sonra həqiqi irəliləyiş əldə oluna bilər”,- Siyarto qeyd edib.