1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Sentyabrın 8-də səhər saatlarında "e-Tabib" proqram təminatında normadan artıq yüklənmə səbəbindən texniki nasazlıq yaranıb və nəticədə bir sıra tibb müəssisələrində elektron qeydiyyat sistemində qısamüddətli fasilələr müşahidə olunub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Məlumatda qeyd olunub ki, qısa zaman ərzində problem aradan qaldırılıb və hazırda sistem tam fəaliyyətini bərpa edib:
"Xatırladaq ki, qeydiyyat prosesinin fasiləsizliyini təmin etmək məqsədilə tibb müəssisələri tərəfindən müvafiq prosedurlar alternativ qaydada icra olunur və texniki problem həll edildikdən sonra məlumatlar elektron sistemdə əks etdirilir.
Hazırda elektron qeydiyyat sistemi stabil şəkildə fəaliyyət göstərir".
Xətai rayonu 4 nömrəli Qadın Məsləhətxanasında elektron sistem çöküb.
Bu barədə Oxu.Az-a vətəndaşlar müraciət edib.
Vətəndaşların sözlərinə görə, analiz vermək üçün müraciət edən qadınlar cavabsız qalıblar.
Məsləhətxanadan verilən məlumatda bildirilib ki, problem Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sistemindən qaynaqlanır.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Qeyd edək ki, bir müddət əvvəl Xırdalanda yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasında da eyni problem yaşanıb.
Məhərrəm Əliyev