RU

İstanbulda oğurluq edib Bakıya gəlmək istəyənlər təyyarədə saxlanıldı

İstanbul Sabiha Gökçen Hava Limanında "Duty Free" mağazasından oğurluq edən sərnişinlər "AJet"in Bakıya uçan təyyarəsində saxlanılıblar. 

"Unikal" xəbər verir ki, mağaza işçiləri hadisəni görüb və polisə məlumat veriblər. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları təyyarədə axtarış apararaq oğurlanmış əşyaları tapıblar. Hadisədə iştirak edən sərnişinlər polisin müşayiəti ilə təyyarədən endirilib.

Sabiha Gökçen-Bakı reysi ilə uçan AJet aviaşirkətinin VF179 saylı reysi insidentlə əlaqədar qısa gecikmə ilə uçub.

Избранный
67
unikal.az

1Источники