RU

"Yalnız iki cins var - kişi və qadın"

ABŞ prezidenti Donald Tramp açıq şəkildə gender müxtəlifliyinə qarşı çıxış edib.

Publika.az xəbər verir ki, "Fox News" ABŞ liderinin Vaşinqtonda İncil muzeyindəki çıxışını canlı yayımlayıb.

Ağ Ev rəhbəri vurğulayıb: "Yalnız iki cins var - kişi və qadın".

Xatırladaq ki, Tramp bu ilin yanvarında ölkədə yalnız iki cinsin - kişi və qadının mövcudluğunu tanıyan fərman verib. Dövlət başçısı həmçinin transseksualları ordudan və məktəblərdən xaric etmək, cinsini dəyişmiş kişilərin qadın idmanında iştirakının qarşısını almaq niyyətində olduğunu bildirib. Bundan əlavə, Tramp transseksualların doğum zamanındakı cinsinə uyğun həbsxanalarda saxlanmasını əmr edib.

Избранный
70
1
publika.az

2Источники