RU

İsrail ordusundan ŞOK açıqlama: Hücumları bərpa edəcəyik!

News24 portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrail ordusu Qəzza zolağının mərkəzində yerləşən Ər-Ruya binasına və ətrafındakı çadırlara yenidən hücum edəcəyini bəyan edib. 

News24.az xəbər verir ki, ordunun sözçüsü Aviçay Adraee "X" sosial media platformasında verdiyi açıqlamada sakinləri Camal Abdel Nasser küçəsində qırmızı ilə işarələnmiş binaları və 783-786-cı məhəllələrdəki çadırları boşaltmaları ilə bağlı xəbərdar edib.

Adraee bildirib ki, hədəf alınan binada və yaxınlığında Həmas infrastrukturunun mövcudluğu iddia edilir. Qeyd olunur ki, binada onlarla mənzil, iri şirkət və qurumların qərargahları yerləşir, ətrafında isə minlərlə çadır və məcburi köçkünlərin sığındığı sahələr mövcuddur.

Aqil

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
80
1
news24.az

2Источники