RU

Modriç “Milan”a uyğunlaşmadan danışdı

Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç İtaliyanın “Milan” klubuna adaptasiyası barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, jurnalist Daniyele Lonqo 39 yaşlı futbolçunun dediklərini belə çatdırıb. 

“Adaptasiya mərhələsi mənim üçün çox önəmlidir. Lakin “Milan” barədə yalnız yaxşı sözlər deyə bilərəm. Komanda yoldaşlarım və məşqçim məni ən yaxşı şəkildə qarşıladılar. Klubun miqyası və təşkilatı məni heyran edir”

Qeyd edək ki, futbolçu yay transfer pəncərəsində Madridin “Real” klubunu tərk edərək “Milan”la müqavilə imzalayıb. “Rossoneri”nin heyətində o, bütün turnirləri nəzərə alaraq üç oyuna çıxıb və bir məhsuldar ötürmə edib.

Избранный
81
90deqiqe.az

1Источники