Almaniya kansleri Fridrix Merts hesab edir ki, vahid Avropa ABŞ-la münasibətləri qurarkən yalançı nostaljidən çəkinməli və öz maraqlarını dəqiq müəyyənləşdirməlidir.
APA xəbər verir ki, o, bunu Almaniya Xarici İşlər Nazirliyində keçirilən səfirlərlə görüşündə bildirib.
“ABŞ-a münasibətdə mövqeyimiz avropalılar olaraq bizim gücümüzdən asılı olacaq”, – deyə kansler vurğulayıb.
Merts həmçinin Avropanı dünyada yeni tərəfdaşlar axtarmağa və mövcud tərəfdaşlıq əlaqələrini möhkəmləndirməyə çağırıb.