RU

Tramp məhkəmədə MƏĞLUB OLDU

Ajans.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Üç hakimdən ibarət heyətin yekdil qərarında qeyd olunub ki, bu məbləğ işin fövqəladə və ağır hallarını nəzərə alaraq verilib. Hakimlər Trampın ilkin məhkəmə qərarından sonra belə dəfələrlə Kerrolu tənqid etməsini və ittihamları təkzib etməsini əsas kimi göstəriblər. Tramp tərəfdarları məhkəmə prosesini “siyasi motivli ov” adlandıraraq qərarı pisləyib. Onun müdafiə komandası bəyan edib: “Amerika xalqı bu biabırçılığa son qoyulmasını tələb edir. PrezidentTramp diqqətini Amerikanı yenidən möhtəşəm etmək missiyasına yönəldir”.

Qeyd edək ki, Tramp əvvəlki məhkəmələrdə də iddia edib ki, onun açıqlamaları prezidentlik dövründə rəsmi fəaliyyətinin bir hissəsi olub və buna görə toxunulmazlığı var, lakin məhkəmə bu arqumenti rədd edib. \Globalinfo.az

Избранный
27
1
Ajans.az

2Источники