RU

Şəhidlərin adlarını daşıyan küçələr təmir olundu

Sumqayıtın böyük yaşayış massivi sayılan Corat qəsəbəsi getdikcə abadlaşır.  Hazırda 50 mindən artıq əhalisi olan Corat qəsəbəsində aparılan abadlıq işləri çərçivəsində yollar yenidən qurulur.

Bu günlər Sumqayıt bələdiyyəsinin nümayəndələri ilə görüşdə şəhidlərin adını daşıyan küçələrin abadlaşdırılması və təmiri ilə bağlı məsələ qaldırdıq. Çox çəkmədi ki, bu küçələrdə təmir işləri başladı. "Corat bağları" ərazisində şəhid Mais Səmədov və Məhəmməd  Rzayev küçələri, həmçinin  Xəzri-2 yaşayış massivindəki şəhid Gəray Məmmədov və Coşqun Zeynallı küçələri təmir olundu, işıq dirəkləri dəyişdirildi. İndi şəhidlərimizin adını daşıyan küçələr abad və təmizdir. Bu operativliyə görə əməyi keçən hər kəsə minnətdarlığımızı bildiririk. 

Vaqif  DAŞDƏMİROV,

Sumqayıt şəhər Corat qəsəbəsinin sakini

Избранный
54
azerbaijan-news.az

1Источники