RU

Qırmızı dənizdə beynəlxalq sualtı kabellərin zədələnməsi Microsoft-a təsir edib

Müəllif:Mehin Qasımova,Banco.az

Qırmızı dənizdə beynəlxalq sualtı kabellərin zədələnməsi Microsoft-a təsir edib.

Banco.az xəbər verir ki, şirkət kabel kəsintilərinin Yaxın Şərqdən keçən və Asiya ilə Avropanı birləşdirən internet trafikinə təsir etdiyini bildirib.

Lakin kabellərin kim tərəfindən və hansı səbəbdən kəsildiyi açıqlanmayıb.

“Bu sualtı kabel kəsintilərinin bərpası vaxt apara bilər. Ona görə də bu müddət ərzində müştərilərə təsiri minimuma endirmək üçün marşrutları izləyəcək, yenidən balanslaşdıracaq və optimallaşdıracağıq”, – deyə şirkət status yeniləməsində qeyd edib.

Kəsintilər yalnız Azure xidmətlərinə təsir etməyib. NetBlocks-un məlumatına görə, Qırmızı dənizdə bir sıra sualtı kabellərin sıradan çıxması Hindistan və Pakistan da daxil olmaqla bir neçə ölkədə internet bağlantısında problemlərə səbəb olub.

Избранный
10
banco.az

1Источники