RU

Tramp təcavüzə görə 83.3 milyon dollar təzminat ödəyəcək

ABŞ-nin Apellyasiya Məhkəməsi Prezident Donald Trampa 2019-cu ildə keçmiş yazıçı E. Jean Karrolla böhtan atdığı üçün verilmiş 83,3 milyon dollarlıq təzminat qərarını təsdiqləyib.

"Cebheinfo.az" xəbər verir ki, Nyu-York şəhərində yerləşən ABŞ 2-ci Dairə Apellyasiya Məhkəməsi işlə bağlı rəyini açıqlayıb.Qeyd olunub ki, Tramp prezident toxunulmazlığı ilə bağlı əvvəlki qərarımızı yenidən nəzərdən keçirməyimizi tələb edəcək heç bir əsas təqdim etmədi.

İşlə bağlı bölgə məhkəməsinin qərarlarında heç bir səhv olmadığı vurğulanan rəydə, həmçinin münsiflər heyətinin təzminat qərarlarının ədalətli və məqbul olduğu nəticəsinə gəlinib.

Beləliklə, ABŞ-nin Apellyasiya Məhkəməsi Trampın keçmiş yazıçı E. Jean Karrolla böhtan atdığı üçün verilmiş 83.3 milyon dollarlıq təzminat qərarını təsdiqləmiş olub.

Xatırladaq ki, 81 yaşlı E. Jean Karroll Trampın 1996-cı ilin yazında Nyu-Yorkdakı Berqdorf Qudmanda soyunub-geyinmə otağında ona təcavüz etdiyini bildirib. Tramp isə bu ittihamları rədd edib.

2023-cü ilin mayında Tramp, Karroll tərəfindən açılan zorlama və böhtan iddiasında münsiflər heyəti tərəfindən günahkar bilinib və Karrolla 5 milyon - cinsi qısnama, təcavüzə görə 2 və böhtana görə isə 3 milyon dollar təzminat ödəməyi tələb edib.

İlkin qanuni qələbəsindən sonra Karroll Trampa qarşı artıq qazandığı 5 milyon dollardan əlavə ikinci 10 milyon dollarlıq iddia qaldırıb. 6 sentyabr 2023-cü ildə hakim Trampı yenidən məsuliyyətə cəlb edib.

2024-cü il yanvarın 16-da başlayan Nyu-York işində 9 nəfərlik münsiflər heyəti yanvarın 26-da Trampın əlavə 83,3 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb.

Избранный
89
cebheinfo.az

1Источники