İspaniyanın "Atletik Bilbao" klubunun cinah futbolçusu Niko Uilyams Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda Bilbaoda "Qarabağ"a qarşı keçirəcəkləri matçı buraxa bilər.
Operativ Media xəbər verir ki, 23 yaşlı ispan millisinin heyətində DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Türkiyə ilə oyunda (6:0) zədələnib. Uilyamsa sol budun adduktor əzələsinin orta dərəcədə zədələnməsi diaqnozu qoyulub. "Marca"nın məlumatına görə, o, təxminən 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Bundan başqa, klubun əsas oyunçularından olan müdafiəçi Yeray Alvares Avropa Futbol Assosiasiyaları İttifaqının antidopinq qaydalarını pozduğuna görə 10 aylıq diskvalifikasiya alıb.
"Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də "San Mames" stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq.