RU

Sahibə Qafarova : "ATƏT-in Minsk qrupunun ləğvi sülh prosesinə töhfə verəcək"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Dövlət başçısının Vaşinqton səfəri Azərbaycanın keyfiyyətcə yeni mərhələyə qədəm qoyulması kimi xarakterizə edilə bilər. Səfər çərçivəsində əldə olunmuş razılaşmalar tarixi əhəmiyyətə malikdir".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasında deyib.
O bildirib ki, Vaşinqtondakı razılaşmalar Azərbaycanın iki şərtinin qəbul edilməsini təsdiqlədi:
"ATƏT-in Minsk qrupu ləğv edildi. Bu addım sülh prosesinə töhfə verəcək. Vaşinqtonda Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında Birgə Bəyannamənin imzalanması, sülh sazişinin paraflanması haqq-ədalətin zəfərini ehtiva edir.
Bundan əlavə, Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir, yeni imkanlar açır. Bu dəhlizin "Tramp marşrutu" adlandırılması da təsadüfi deyil. Cənubi Qafqazda sülhün bərqərar olması baxımından Vaşinqton razılaşmaları həlledici məqam oldu".
Məhərrəm Əliyev
Избранный
37
50
oxu.az

10Источники