“Bəzi qüvvəllər azad edilmiş Qarabağı yeni üsullarla geri qaytarmaq istəyirdilər”.
“Cebheinfo.az” xəbər verir ki, bu sözləri Milli Məclisin komitə sədri Səməd Seyidov parlamentin bugünkü xüsusi iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin siyasi diplomatik məharəti nəticəsində bütün bu təhdidlərin qarşısı alındı:
"Vaşinqtonda isə Azərbaycanla Ermənistan arasında tarixi sülh sazişi paraflandı. Bu İlham Əlyevin sülh diplomatiyasının təntənəsi idi. Bu gün cənab Prezident İlham Əliyev sülh fatehi kimi xarakterizə olunur".