Danimarka mediasının məlumatına görə, ABŞ prezidenti Donald Trampla əlaqəsi olan ən azı üç amerikalı bölgədə təsir göstərmək üçün gizli əməliyyatlar həyata keçirir.
ABŞ-nin Kopenhagendəki səfirliyinin sözçüsü ondaVaşinqtonun fərdi şəxslərin hərəkətlərinə nəzarət etmədiyini və ayrı-ayrı amerikalıların Qrenlandiyada öz maraqlarının ola biləcəyini demişdi.
“Əgər bu, doğrudursa, onda bu, Amerikanın tarixi rolunun demokratiyanın qalası və azad xalqların müdafiəçisi rolundan NATO müttəfiqləri arasında sıxıntı yaradan avtoritar yırtıcı roluna keçməsini göstərir. Vaşinqton Danimarka ilə bunu etməyə hazırdırsa, təxribat, dezinformasiya və narazılığın qızışdırılması üçün eyni alətlər dəsti Kanada da istifadə oluna bilər”, - “The Globe and Mail” qəzeti vurğulayır.
![]() |
Vaşinqtonun Qrenlandiyada məxfi cəhdləri |
Belə reallqılar fonunda qəzet Ottavanı bu məsələdə Danimarka ilə əməkdaşlığı aktivləşdirməyə, həmçinin separatizmin siyasi-iqtisadi risklərini izah etməklə əhali ilə daxili işi gücləndirməyə çağırır.
Sahil İsgəndərov
AzVision.az