RU

Dəmir yolu, metro və avtobuslarda, bankomatlarda üztanıma ilə ödəniş edilməsi istiqamətində işlər aparılır

Azərbaycanda 2 dəmir yolu stansiyasında ödənişlərin “Sima Pay” vasitəsilə üztanıma ilə aparılması test edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu “Azintelecom-un rəqəmsal xidmətləri medianın gözü ilə” adlı tədbirdə qurumun şöbə müdiri Tamerlan Məşədihəsənli deyib.

O bildirib ki, digər stansiyalarda da üztanlma ilə ödənişlərin edilməsi istiqamətində işlər aparılır:

“Hazırda supermarketlər şəbəkələri ilə də danışırıq ki, onlarda da üztanıma ilə ödənişlər mümkün olsun”.

“Gələcəkdə bankomatlarda da üztanıma texnologiyasından istifadənin tətbiqi ilə bağlı planlarımız var. Bu sistem metro və avtobuslarda da tətbiq oluna bilər”, - deyə qurumun rəsmisi əlavə edib.

Избранный
27
7
operativmm.az

8Источники