ain.az, Axar.az portalına istinadən məlumat yayır.
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Azərbaycanın alyansdakı nümayəndəsi Cəfər Hüseynzadə ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyi X hesabında məlumat yayıb.
Qeyd edilib ki, tərəflər Azərbaycan-NATO tərəfdaşlığı, gələcək əməkdaşlıq perspektivləri, Azərbaycan-Ermənistan arasında sülh prosesi ilə bağlı müzakirələr aparıblar.
"Biz ABŞ-ın, Prezident Donald Trampın bölgədə və onun hüdudlarından kənarda sülhün, sabitliyin təşviqindəki rolunu yüksək qiymətləndiririk", - deyə paylaşımda qeyd edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.