RU

Zərərçəkənləri daşıyan qayıq aşdı - 5 nəfər öldü

Pakistanın Pəncab əyalətində musson yağışlarının yaratdığı sel nəticəsində, 20-dən çox adamın olduğu qayığın çevrilməsi nəticəsində 5 nəfər həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, iyunun 26-dan bəri davam edən musson yağışlarının yaratdığı fəlakətlərin ardınca, Pəncab əyalətinin Rəhim Yar Xan şəhərində xilasetmə əməliyyatları aparılarkən qayıq aşıb. Hadisə nəticəsində 5 nəfər həyatını itirib.

Bundan əvvəl, Pəncabın Multan şəhərində də bir qayığın batması nəticəsində 4 nəfər ölüb. Əlavə olaraq, Cəlalpur Pirvala rayonunda 100 kəndin su altında qalması nəticəsində çoxsaylı evlər və infrastrukturlar zərər görüb.

Избранный
110
manset.az

1Источники