RU

19 nəfər həlak olub, 500-dən çox insan yaralanıb

Nepalın Baş naziri KP Şarma Oli (Khadga Prasad Sharma Oli) çərşənbə axşamı günorta vəzifəsindən istefa verib.

Marja xarici mətnuata istinadən xəbər verir ki, bu barədə onun katibliyindən mənbə məlumat verib.

İstefa qərarı iki gün ardıcıl davam edən kütləvi etiraz aksiyalarının fonunda gəlib. “Z nəsli” gənclərinin rəhbərlik etdiyi etirazlarda korrupsiyaya, azadlıqların məhdudlaşdırılmasına və polis zorakılığına qarşı şüarlar səsləndirilib. Bazar ertəsi Katmanduda Federal Parlament ətrafında və digər məkanlarda etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar nəticəsində 19 nəfər həlak olub, 500-dən çox insan yaralanıb. Katmandu vadisində komendant saatı tətbiq olunmasına və gücləndirilmiş təhlükəsizlik tədbirlərinə baxmayaraq, nümayişlər davam edib və hökumətə təzyiqi artırıb.

Baş nazirin Prezident Ramçandra Paudela ünvanladığı məktubda ölkədəki fövqəladə vəziyyətin nəzərə alındığı və konstitusion-siyasi həllə ehtiyac olduğu bildirilib. 

Məktubda deyilir:

"Hazırda ölkədə hökm sürən fövqəladə vəziyyəti nəzərə alaraq və konstitusion-siyasi həll prosesinə şərait yaratmaq üçün Baş nazir vəzifəsindən dərhal qüvvəyə minməklə istefa verirəm."

Избранный
36
marja.az

1Источники