RU

Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki...

Sabirabad rayonunda 1986-cı il təvəllüdlü Əkbər həmkəndlisi Səbinəyə (adlar şərti verilib – red.) qarşı seksual hərəkətlər edib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə 2023-cü il yanvarın müxtəlif günlərində rayonun kəndlərindən birində baş verib.

Əkbər cinsi ehtirasını təmin etmək məqsədi ilə həmin il yanvarın 25-də saat 19 radələrində Səbinənin yaşadığı evin həyətinə gəlib. Onun həyətdə ayaqyolunda olduğunu bilib, qapını itələyərək ora daxil olub. Qadının qollarından tutub, onunla cinsi əlaqədə olmaq istədiyini bildirib. İmtina ilə qarşılaşdıqda zor tətbiq edib.

Səbinə Əkbərin istəyinə qarşı çıxıb, müqavimət göstərərək əli ilə onu sinəsindən geri itələyib, özündən kənarlaşdırıb. Qadın çölə çıxıb və oradan qaçmaq istəyib. Əkbər zərərçəkmiş onun qollarından tutub və ayaqyolunun arxa tərəfinə doğru aparmağa çalışıb.

Səbinə qışqıraraq səs-küy salıb, onun əlindən çıxıb. Qadının qaçması səbəbindən Əkbər bu niyyətini başa çatdıra bilməyib.

Əkbər həmin il yanvarın 27-də saat 19 radələrində yenə Səbinənin yaşadığı evin həyətinə gəlib. Qadının həyətdəki hamamda duş qəbul etdiyini bilib. Hamamın qapısını itələyərək içəri girib, cinsi əlaqədə olmaq üçün gəldiyini bildirib. Səbinə onun bu istəyinə qarşı çıxıb və müqavimət göstərib. Əkbər cinayət başında yaxalanacağından qorxub və həyətdən uzaqlaşıb.

Əkbər yanvarın 29-da saat 19 radələrində də Səbinənin yaşadığı evin həyətinə gəlib. Səbinənin hamamda olduğunu bilib, qapının arxasına dayaq kimi mişar daşı qoyulmasına baxmayaraq oranı açmaq qərarına gəlib. Qapını itələyərək açıb və Səbinə ilə cinsi əlaqədə olmaq istədiyini deyib.

Qadın onun istəyinə qarşı çıxıb. Əkbər Səbinənini zərərsizləşdirməklə özünə tabe etmək məqsədi ilə qollarından tutub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Daha sonra Səbinəni özünə tərəf çəkib, zorlamaya yönəlmiş niyyətini həyata keçirməyə çalışıb.

Səbinə müqavimət göstərərək hamamdan çölə çıxarıb. Qışqıraraq evdə olan oğlu Ramalı və qayınanası Zərrini köməyə çağırıb.

Əkbər tanınmaması üçün həyətdəki elektrik şitindən işıqları söndürüb. Sonra isə qaçaraq oradan uzaqlaşıb.

“Ayaqyolunda, hamamda zorlamağa cəhd etməmişəm”

İstintaq orqanı tərəfindən Əkbərin barəsində Cinayət Məcəlləsinin 29,149.2.5 (təkrar zorlamaya cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Əkbər özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmişi həmkəndlisi kimi tanıyıb, lakin onunla heç bir münasibəti olmayıb:

“Hadisədən bir müddət əvvəl “Tik-tok” sosial şəbəkədə Səbinə ilə tanış oldum, onunla yazışdım. Yazışma vaxtı məndən kontur istədi, razı oldum. Yanvarın 29-da 5 manatlıq kontur aldım və gələrək ona vermək istədim. Lakin onu tapmayıb geri qayıtdım.

Mən Səbinəyə qarşı hər hanası zor tətbiq etməmişəm. O cümlədən onu ayaqyolunda, hamamda zorlamağa cəhd göstərməmişəm”.

Təqsirləndirilən şəxs əlavə edib ki, əvvəlki günlərin birində də həmin həyətə gəlib və konturu Səbinəyə vermək istəyib. Onun sözlərinə görə, həyətdə adamlar olub, buna görə həyətə daxil olmayıb, oradan uzaqlaşıb.

“Cinsi əlaqədə olmaq istədi”

İş üzrə zərərçəkmiş Səbinənin ifadəsinə görə, istər birinci dəfə ayaqyolunda, istərsə də sonrakı iki dəfə hamamda çimərkən təqsirləndirilən şəxs onu zorlamaq məqsədi güdüb:

“Əkbər üç dəfə israrla mənimlə cinsi əlaqədə olmaq istəyib. Hətta sonuncu dəfə hamamda çimərkən mənim hər iki qolumdan tutaraq öpməyə çalışıb. Lakin onu itələyərək hamamın paltar soyunma bölməsinə çıxarmışam və qışqıraraq onu hamamdan qovmuşam. Birinci dəfə ayaqyolundan çıxarkən də Əkbər mənim qolumdan tutub və ayaqyolunun arxa tərəfinə aparmaq istəyib”.

Səbinə ifadəsində Əkbərin hərəkətləri barədə ailə üzvlərinə məlumat vermədiyini deyib. O, bunu biabır olacağından qorxması ilə əsaslandırıb: "2023-cü ilin 25, 27 və 29 yanvar tarixlərdən təxminən 2 ay əvvəl də Əkbər bir neçə dəfə həyətimizə gəlmişdi. Məni şantaj edir, əgər onunla cinsi əlaqədə olmasam, barəmdə ərim Elmana deyəcəyini söyləyirdi.

Əkbərin şantajından qorxaraq onun təkliflər barədə ərimə və digər ailə üzvlərimə məlumat vermədim.

Ekspert rəyində göstərilən xəsarətlər Əkbərin qollarımdan tutaraq özünə tərəf çəkməsi nəticəsində yaranıb”.

“Şübhələndim, amma yoxlamadım”

İş üzrə şahid qismində ifadə verən Elmanın sözlərinə görə, zərərçəkmiş onun keçmiş həyat yoldaşıdır, birgə nikahdan iki uşaqları var: “Mən sonuncu hadisədən bir neçə ay əvvəl Səbinədən şübhələnməyə başladım. Çünki anam mənə gizli şəkildə dedi ki, Səbinə telefona çox baxır.

Arvadımın işlətdiyi telefonun mobil nömrəsi adıma olduğuna görə həmin telefonu rayon mərkəzində yoxlatmaq üçün apardım. Lakin Səbinə yalvararaq nömrəni yoxlatmamağı xahiş etdi. O vaxtlar Səbinəyə ciddi şübhəm olmadığına görə razılaşdım və telefonu yoxlatmadım”.

Избранный
82
21
publika.az

10Источники